12px14px16px18px

Hüquq müdafiəçiləri Narkoloji Dispanserdə monitorinq keçirdilər

08:12 / 07.03.2012
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, hüquq müdafiəçiləri Süleyman Süleymanov və Elçin Şirinov Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Dispanserində monitorinq keçiriblər. E. Behbudovun APA-ya verdiyi xəbərə görə, dispanserdə 110 xəstə müalicə olunur: “Ora qapalı bir müəssisə hesab olunur. Xəstələr könüllü şəkildə müalicə edilirlər. Dispanserdə əsas problem narkoloqların azlığıdır. Başqa hər hansı problem və ya şikayət qeydə alınmadı”.
E. Behbudov monitorinqin nəticələri barədə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdiyini bildirib. O, Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsində də monitorinq keçirdiklərini deyib: “Orada saxlanılan yox idi. Bizə məlumat verdilər ki, saxlanılanlar əsasən Pakistan, Çin, Türkiyə və İran vətəndaşları olurlar. Hər hansı bir qanun pozuntusu qeydə alınmadı”.



Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar