12px14px16px18px

Vahid Əhmədov: “Qubada heç bir aksiya gözlənilmir”

08:10 / 07.03.2012
Bəzi mətbu orqanlarda martın 7-də Qubada etiraz aksiyası keçiriləcəyi ilə bağlı məlumat yayılıb. Qeyd olunur ki, etiraz aksiyasının keçirilməsinə səbəb adamlarıın fasiləsiz olaraq dindirilməyə aparılması və yersiz incidilməsidir.
Eyni zamanda 1 mart aksiyasında saxlanılanların olmasının da etiraza yaratdığı iddia edilir. Xatırladaq ki, hüquq müdafiəçisi Arzu Abdullayevaya istinadən bu məlumat dövriyyəyə buraxılıb.
Modern.az məsələ ilə bağlı Qubadan seçilmiş millət vəkili Vahid Əhmədovla əlaqə saxlayıb rayonakı son durumla maraqlanıb. Millət vəkili bildirib ki, heç bir etiraz aksiyası gözlənilmir və deyilənlərə inanmaq lazıım deyil: “Mən özüm bu gün (dünən – red.) rayonun polis rəisi və prokuroru ilə danışmışam. Heç kim saxlanılmayıb, yalnız bir nəfər saxlanılmışdı, onu da buraxıblar. Qubalıların tək bir narazılığı icra başçısıyla bağlı idi, cənab prezident də bu problemi həll etdi”.
Vahid Əhmədovdan qubalıların icra başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədovdan narazı olub-olmadığını da soruşduq. O bildirdi ki, heç bir problem yoxdur, yeni başçı təyin olunanadək Sahib Məmmədov vəzifəsini icra edəcək.







Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar