12px14px16px18px

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə QDİƏT-in əməkdaşlığı genişlənir

08:10 / 07.03.2012
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev Türkiyənin İstanbul şəhərində səfərdə olub. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, R.Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) regionda transmilli cinayətkarlıq meyllərinin qiymətləndirilməsi üzrə 2011-ci il üçün illik icmal hazırlanmasına dair İşçi Qrupunun növbəti iclasında iştirak edib. Tədbirdə Qara Dəniz regionunda korrupsiyanın qarşısının alınması və onunla mübarizə üzrə regional səylər üzrə QDİƏT-in Regional Planının hazırlanması ilə əlaqədar üzv ölkələr tərəfindən yeniləşdirilmiş məlumatlar təqdim edilib. Cinayətkarlıqla, xüsusilə onun mütəşəkkil formaları ilə mübarizə üzrə əməkdaşlığa dair İşçi Qrupunun növbəti iclasının gündəliyi müzakirə edilməklə üzv ölkələrin mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair statistik məlumatlarının öyrənilməsi üçün suallar toplusunun hazırlanması üzrə fikir mübadiləsi aparılıb.
İclasda R.Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilmiş qanunvericilik və institusional islahatlar barədə çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.




Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar