12px14px16px18px

Cəbhədə vəziyyət yenidən gərginləşib

07:20 / 06.03.2012
Cəbhədə vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri martın 4-də saat 15.25-dən 15.30-dək və 21.00-dan 21.05-dək Ağdam rayonunun Yusifcanlı və Cavahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 19.15-dən 19.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.10-dan 21.25-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.10-dan 22.18-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi, martın 5-də saat 02.15-dən 02.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamüt kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.



Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar