12px14px16px18px

Ərdoğanın azərbaycanlı müşaviri dəfn edildi

07:19 / 06.03.2012
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı müşaviri dəfn edilib. APA-nın məlumatına görə, professor Qeybulla Qeybullayev öz vəsiyyəti ilə dünən doğulduğu Balakən rayonunun Katex kəndində torpağa tapşırılıb. Mərhumun dəfnində Azərbaycanın və Türkiyənin tanınmış ziyalıları və ictimai xadimləri iştirak ediblər.
Qeyd edək ki, Q. Qeybullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışıb. O, son illər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Avrasiya məsələləri üzrə müşaviri olub. Q.Qeybullayev martın 2-də Türkiyənin Gülhanə hərbi hospitalında uzun sürən xəstəlikdən sonra vəfat edib.



Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar