12px14px16px18px

Bu gün Saakaşvili Azərbaycana gəlir

07:19 / 06.03.2012
Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Azərbaycana səfərə gəlir. APA-nın xəbərinə görə, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze jurnalistlərə açıqlamasında deyib ki, səfər iki gün davam edəcək. T. Şaraşenidze Gürcüstan prezidentinin Azərbaycanın dəvəti ilə səfər etdiyini deyib: “Ölkələr arasında mütəmadi olaraq bu tip səfərlər olur. Bu da həmin səfərlərdən biridir”.
Səfərin proqramının hələ təsdiq olunmadığını deyən səfir, Bakıda keçiriləcək görüşlərdə dövlətlər arasında ikitərəfli əməkdaşlıqla bağlı müzakirələrin aparılacağını deyib.
Onun sözlərinə görə, M. Saakaşvili ilə Azərbaycan rəhbərliyinin görüşlərində bir sıra, o cümlədən iqtisadi məsələlər barədə fikir mübadiləsi aparılacaq.



Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar