12px14px16px18px

Yeni KİV fəaliyyətə başladı: “GünXəbər”

07:15 / 06.03.2012
Martın 5-də Azərbaycanda yeni informasiya agentliyi fəaliyyətə başlayıb. “GünXəbər” informasiya agentliyinə jurnalist Zabil Müqabiloğlu rəhbərlik edir. “Media forum”a açıqlamasında Zabil Müqabiloğlu deyib ki, agentlik və onun www.gunxeber.com ünvanlı saytı media, o cümlədən internet mediası bolluğunda reytinq qazanmağa iddialıdır. Zabil Müqabiloğlunun bildirdiyinə görə, hələlik işə o qədər də böyük olmayan bir heyətlə başlayıblar, yaxın vaxtlarda əməkdaşların sayını artıracaqlar: “GünXəbər” konkret olaraq hansısa partiyanın, təşkilatın, qrupun yanında olmayacaq. Birmənalı şəkildə müxalifətin, yaxud iqtidarın maraqlarına xidmət etməyəcək. Bütün tərəflərin xəbərlərinə yer verəcəyik. Fəaliyyətimizdə operativliyə də, keyfiyyətə də üstünlük verməyə çalışacağıq. Yəni məqsədimiz heç də o deyil ki, hər gün sayta 60-70 xəbər qoyaq. Xəbərin sayı az ola bilər, amma keyfiyyətli olmalıdır. Qısa zamanda uğur qazanacağımıza inanırıq və bu inamla da yola çıxmışıq”.
1977-ci ildə Zəngilan rayonunda anadan olan Zabil Müqabiloğlu Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1998-ci ildən mediada çalışır. “525-ci qəzet”də, “Avropa” və “Yeni Müsavat” qəzetlərində işləyib.




Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar