12px14px16px18px

Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi Vaşinqtonda qeyd edilib

02:16 / 03.03.2012  
Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə, ABŞ Dövlət Departamenti və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə Vaşinqtonda rəsmi ziyafət keçirilib.Səfirlikdən APA-ya verilən məlumata görə, Vaşinqtondakı tarixi Kosmos Klubunda keçirilən tədbirdə Dövlət Departamenti, Pentagon, Ağ Ev də daxil olmaqla, ABŞ-ın aparıcı dövlət strukturlarını təmsil edən rəsmilər, ABŞ Konqresinin üzvləri və xarici diplomatlar, tanınmış ictimai, siyasi və biznes xadimləri, o cümlədən Ağ Ev Administrasiyasının keçmiş rəhbəri Con Sununu, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Brent Skaukroft, ABŞ-ın keçmiş nəqliyyat komandanı Dankan MakNabb, Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva iştirak ediblər. Tədbirdə giriş sözü ilə çıxış edən səfir Elin Süleymanov ABŞ-Azərbaycan münasibətlərinin 20 ildə inkişaf edərək etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bu tərəfdaşlığın regiondakı strateji məsələlərin ortaq anlaşmasına əsaslandığını bildirib. Səfir enerji, beynəlxalq təhlükəsizlik və humanitar sahələrdə uğurlu əməkdaşlığı xüsusilə vurğulayıb, Azərbaycana müstəqilliyini bərpa etməsindən bu dövrə qədər göstərdiyi çoxtərəfli dəstəyə görə ABŞ-a təşəkkürünü çatdırıb. Dövlət katibinin müavini Filip Qordon çıxışında prezident Barak Obama və dövlət katibi Hillari Klintonun Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti diqqətə çatdırıb, təhlükəsizlik, enerji, iqtisadi və siyasi islahatlar da daxil olmaqla, iki dövlətin əməkdaşlıq etdiyi çoxşaxəli sahələri qeyd edib.


Bu yazı ( 199 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar