12px14px16px18px

“İran ilk gündən Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”

02:13 / 03.03.2012
“İran ilk gündən Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”. Bunu APA-nın sualını cavablandıran İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Məsələlər və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Mustafa Dövlətyar deyib. O bildirib ki, İran BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycana həmişə zəruri dəstəyini verib: “Hər zaman bu münaqişənin sülh yolu ilə həllində öz vasitəçilik missiyamızı təqdim etmişik. Düşünürəm ki, İranın bu təkliflə çıxış etməsi münaqişənin həllində gözəl potensial ola bilər. Təəssüf ki, münaqişənin həllinə qərbin dəstəyindən istifadə etməklə nail olmağa üstünlük verilir. Qərb dövlətləri isə bu münaqişənin həllinə öz maraqları zəminində yanaşırlar”. M. Dövlətyarın sözlərinə görə, Azərbaycan rəsmiləri də münaqişənin həllində qərb dövlətləri effektiv addım atmadığını etiraf ediblər: “İran, Azərbaycan və Ermənistan bölgə dövləti olaraq, müştərək mənafelərə malikdir. Biz qonşu ölkələrik və bu dövlətlər arasında sülhün bərqərar olması bütün tərəflər üçün zəruridir. Təəssüf ki, hələlik qərb bu münaqişədən fayda qazanır. Bir gün Azərbaycan kömək edəcəyimizə ümid edirik”.


Bu yazı ( 201 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar