12px14px16px18px

Əhməd Davudoğlu Naxçıvana səfər edəcək

02:11 / 03.03.2012
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu martın 7-də Azərbaycana bir günlük səfərə gələcək. Bu barədə APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç bildirib. Səfir Ə. Davudoğlunun Naxçıvan Muxtar Respublikasına gələcəyini, səfərin məqsədinin Azərbaycan, Türkiyə və İran xarici işlər nazirinin martın 7-də Naxçıvanda keçiriləcək üçtərəfli görüşdə iştirak etmək olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, Türkiyə XİN başçısının Azərbaycan xarici işlər naziri ilə ikitərəfli görüşü də nəzərdə tutulur.


Bu yazı ( 190 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar