12px14px16px18px

Külli miqdarda haloqramsız disklər satışdan çıxarılıb

02:01 / 03.03.2012
Fevralın 23-də Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən Bakı şəhərinin bir sıra audio disk satışı obyektlərində səyyar vergi yoxlamaları həyata keçirilib. Aparılan vergi yoxlamaları nəticəsində Sadıxov Elşad Məmməd oğluna məxsus, Nəsimi rayonu, Xətai prospekti 2, mənzil 2, Abdinova Suğra Akif qızına məxsus, Yasamal rayonu, Xaqan Dadaşov ev 221, Rəhimov Hafiz Rəhim oğluna məxsus Nəsimi rayonu Süleyman Rəhimov ev 197, mənzil 18, Bayramov Aslan Tofiq oğluna məxsus, Nizami rayonu R.Rüstəmov 44D və Nərimanov rayonu A.Nemətulla 49 Q ünvanlarında yerləşən audio disk satışı obyektlərində mənşəyi və istehsal yeri məlum olmayan ümumilikdə 247704 ədəd CD və DVD diskləri aşkar olunmuş, onların 146621 ədədinin haloqramsız olduğu müəyyən edilib. Aşkar edilmiş ümumi dəyəri 202802 manat olan 146621 ədəd haloqramsız CD və DVD satışdan çıxarılıb. Faktla bağlı araşdırmalar aparılır.


Bu yazı ( 174 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar