12px14px16px18px

Məktəblilərin yaz tətili günlərində dəyişiklik olub

14:43 / 02.03.2012
Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik olub. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir: “Lakin Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar tətil müddətində də dəyişiklik olub. Belə ki, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə şagirdlər martın 26-da, 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə martın 27-də dərsə gələcəklər”.




Bu yazı ( 76 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar