12px14px16px18px

Daha bir ölkə Azərbaycanda səfirlik açır

14:32 / 02.03.2012
Argentina prezidenti Kristina Fernandes de Kirşner və xarici işlər naziri Ektor Timerman bu ölkənin Azərbaycanda səfirliyinin açılması haqqında fərman imzalayıblar. APA-nın məlumatına görə, fərmanda səfirliyin Bakıda açılacağı, konsulluq şöbəsinin fəaliyyətinin bütün ölkənin ərazisini əhatə edəcəyini bildirilir. Sənəddə qeyd olunur ki, səfirliyin açılması iki xalq arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, bu gün Argentinanın xarici işlər naziri Ektor Timermanın Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində Argentina səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. Bundan başqa Azərbaycanla Argentina arasında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanması da nəzərdə tutulur.
Xatırladaq ki, Buenos-Ayresdə Azərbaycan səfirliyi fəaliyyət göstərir. Gələn il Argentinada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. İki həftə əvvəl ölkəmizə səfər edən Argentinanın turizm naziri Enrike Meyer Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.



Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar