12px14px16px18px

Quba hadisələrinə görə tutulan iki şəxs barəsində həbsin müddəti uzadılıb

00:40 / 23.05.2012

Dünən Nəsimi rayon Məhkəməsində Quba hadisələrinə görə saxlanılan şəxslərdən Akif Əliyev və Səfər Qəribovun barəsində olan həbs-qətimkan tədbiri uzadılıb. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, bu gün keçirilən məhkəmədə hər iki şəxsin barəsində olan həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, Quba rayon icra hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikili və başçıya məxsus fərdi yaşayış evi yandırılıb, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilib.
Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib. Onlardan yalnız ictimai qaydanın kobud sürətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak etmiş yeddi nəfəri, o cümlədən Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov və Səfər Qəribov Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə tərəfindən barələrində həbs-qtimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkəti davam etdirilir.




Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar