Hərbi hissədə daha bir qanlı olay
ƏSGƏR HƏRBÇİ YOLDAŞINI, SONRA İSƏ ÖZÜNÜ ÖLDÜRDÜ
12:14 / 16.05.2012
Azərbaycanda əsgər hərbçi yoldaşını, daha sonra isə özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Milli Ordunun əsgəri Vüsal Nəbiyev xidməti silahı ilə atəş açaraq əsgər yoldaşı Məcnun Qarazadəni qətlə yetirib. V. Nəbiyev daha sonra özünü öldürüb. Qeyd edək ki, M. Qarazadə İmişli, V. Nəbiyev isə Hacıqabul Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar. Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinə məxsus hərbi hissədə iki əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, ilkin araşdırmaya görə, əsgər Vüsal Nəbiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə dünyasını dəyişib. Əsgər V. Nəbiyev isə keçirdiyi həyəcandan intihar edib. Faktla bağlı cinayət işi başlanıb.Bu yazı ( 71 ) - dəfə oxunmuşdur