12px14px16px18px

DGK operativlik və şəffaflığın artırılması ilə bağlı tədbirlər həyata keçirir

00:31 / 23.05.2012
Dövlət Gömrük Komitəsində “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tələblərindən irəli gələrək Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatı, gömrük rəsmiləşdirilməsi proseslərində operativliyin və şəffaflığın daha da artırılması, gömrük rəsmiləşdirilməsi və nəzarət müddətinin mümkün qədər qısaldılması yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına əlverişli şərait yaradılması barədə” DGK sədrinin müvafiq əmrindən irəli gələn məsələlərin həlli ilə baglı gömrük orqanlarının aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə geniş iclas keçirilib. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev sözügedən əmrin icrası ilə bağlı həyata keçiriləcək tədbirlərdən danışıb, ümumiyyətlə, gömrük rəsmiləşdirilməsi proseslərində operativliyin və şəffaflığın artırılmasının zəruriliyini diqqətə çatdırıb, bu nöqteyi- nəzərdən müvafiq sənədin müstəsna əhəmiyyətindən bəhs edib. O, əmrin icrası ilə bağlı yerli gömrük orqanlarına konkret tapşırıqlarını verib, bu istiqamətdə qarşıya çıxa biləcək hər hansı problemin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Sonra iclasda DGK sədrinin müvafiq əmrindən irəli gələn məsələlərin həlli ilə baglı müzakirələr aparılıb.
BƏXTİYAR



Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar