12px14px16px18px

İxrac bülleteninin nəşrinə başlanılıb

00:31 / 23.05.2012

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən ixrac xidmətləri, müxtəlif ölkələrlə iqtisadi əlaqələr, ixraca dair qanunvericilik və digər yeniliklərin öz əksini tapdığı İxrac Bülleteninin 2-ci sayı nəşr edilib. AZPROMO-dan verilən məlumata görə, nəşrdə Fondun yerli iş adamlarına göstərdiyi ixrac xidmətləri, müxtəlif məhsullar üzrə ixrac prosedurları, qablaşdırma və etiketlənmə üzrə ümumi tələblər, Avropa Birliyinə ixrac, biznes təkliflər, sərgilər və digər məlumatlar öz əksini tapıb.
İxrac bülleteni İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az, AZPROMO-nun www.azpromo.az internet səhifələrində yerləşdirilib. İxrac bülleteninin yerli şirkətlərə, beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması nəzərdə tutulur. Bundan başqa, bülleten AZPROMO tərəfindən bu il ölkəmizdə təşkil ediləcək tədbirlərdə iş adamlarına paylanılacaq.
BƏXTİYAR



Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar