12px14px16px18px

Sabirabad şəhərinin su və kanalizasiya sistemi yenidən qurulacaq

00:33 / 19.05.2012
Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşıb. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 8 şirkətin təqdim etdiyi təkliflərin tender sənədlərinə uyğunluğu, iddiaçı şirkətlər tərəfindən təqdim edilmiş tender zəmanətinin və onun şərtlərinin təmin edilməsi, təkliflərin tamlığı və tenderin əsas şərtlər toplusunun tələblərinə cavab verməsi hərtərəfli şəkildə qiymətləndirilib. Qiymətləndirmə nəticəsində daha əlverişli şərtlər təklif edən Türkiyə-Azərbaycan konsorsiumu “Koçoğlu-Art-Akkord” Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tenderin qalibi elan edilib. Mayın 17-də “Azərsu”” ASC ilə “Koçoğlu-Art-Akkord” konsorsiumu arasında müqavilə imzalanıb. Qeyd edək ki, layihə çərçivəsində Sabirabad şəhərində su anbarının, nasos stansiyasının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, 141,9 km uzunluğunda paylayıcı su xətti, 96,9 km uzunluğunda kanalizasiya xətti çəkiləcək, 8 ədəd kanalizasiya nasos stansiyası tikiləcək. Layihəyə əsasən 2200 ünvanda qoşulma işləri aparılacaq, 223 ədəd yanğın hidrantı quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin 2014-cü ilə qədər başa çatdırılması nəzərdə tutulur.


Bu yazı ( 217 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar