12px14px16px18px

“Azərikimya” nümayəndələri beynəlxalq “PLASTECH-2012” sərgisində iştirak edib

01:04 / 18.05.2012
“Azərikimya” İstehsalat Birliyinin nümayəndələri Türkiyənin İzmir şəhərində keçirilən Beynəlxalq “PLASTECH-2012”plastik məmulatlar və texnologiyalar sərgisində iştirak edib. Birlikdən verilən məlumata görə, İzmir şəhər meriyasının, Türkiyə Sənaye Palatasının, eləcə də dünyanın bir çox nüfuzlu şirkətlərinin iştirak etdiyi sərgidə “Azərikimya” İB və ARDNŞ-nin idarəçiliyində fəaliyyət göstərən “Petkim Petrokimya Holding” şirkətlər qrupu da geniş stendlərlə təmsil olunub. Yaponiya, Almaniya, Rusiya, Braziliya, Çin, Fransa, Cənubi Koreya, Hollandiya, İspaniya, Gürcüstan, İraq, Makedoniya və İordaniyadan gəlmiş qonaqlar İzmir Ölkələrarası Sərgi Mərkəzində Azərbaycan müəssisələrinin pavilyon və stendlərinə böyük maraq göstərib. “Azərikimya”nın stendində Birliyin istehsalat və qurğularının bannerləri, istehsal olunan qiymətli kimyəvi məhsulların nümunələri nümayiş etdirilib. Sərgi zamanı bir çox yerli və xarici şirkət Azərbaycan kimyaçıları ilə işgüzar əlaqələr yaratmaq niyyətlərini bildiriblər. “Azərikimya”nın nümayəndə heyəti yeni, qabaqcıl texnologiyaların yaradıldığı və tətbiq edildiyi nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib, gələcək işgüzar münasibətlərin təməlini qoyublar. Nümayəndə heyəti “Petkim” şirkətində də olub, holdinqin istehsalat sahələrini gəzərək tətbiq olunan yeni texnologiyalar, müasir nəzarət-ölçü, energetika, texniki təhlükəsizlik və əməyin mühafizəsi sistemləri ilə tanış olub, türkiyəli həmkarları ilə fikir mübadiləsi aparıblar. BƏXTİYAR


Bu yazı ( 62 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar