12px14px16px18px

Səhiyyə Nazirliyi sahibkarları cərimələyib

01:36 / 17.05.2012

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 88 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Həmçinin, 27 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 35 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki kimyəvi göstəricilərinə görə 1005, mikrobioloji göstəricilərinə görə 739, toksikoloji göstəricilərinə görə 160, radioloji göstəricilərinə görə 9 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 11-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Şadlıq evlərindən 2807 yaxma nümunəsi, 30 soyuq qəlyanaltı nümunəsi götürülüb, nümunələrin 3-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Yaxma nümunələrinin 54-də mikrobioloji çirklənmə aşkar edilib.
Aprel ayı ərzində əhali arasında 102 qida zəhərlənməsi hadisəsi baş verib, 124 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, 2 nəfər zərərçəkən olub.








Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar