12px14px16px18px

Yanvar-aprel aylarında əhalinin gəliri 12,6 faiz artıb

01:29 / 17.05.2012

Bu ilin yanvar-aprel aylarında əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 1068,6 manat və ya orta hesabla ayda 267,1 manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 9,9 faiz bəndi üstələyib, başqa sözlə əhalinin real gəlirləri 9,6 faiz artıb.
Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 9,8 milyard manatlıq gəlirin 65,3 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 23,4 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 8,9 milyard manat həcmində və ya əvvəlki ildəkindən 14,2 faiz çox vəsait qalıb.
BƏXTİYAR



Bu yazı ( 54 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar