12px14px16px18px

“WorldFood Azerbaijan-2012” sərgisinin açılışı olub

İSMƏT ABASOV: “QARŞIDAKI 10 İLDƏ MÖVCUD DAXİLİ İSTEHSAL İKİ DƏFƏ ARTIRILMALIDIR”

11:56 / 16.05.2012

Dünən regionun ərzaq sektorunda böyük əhəmiyyətə malik olan 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan-2012”) öz işinə başlayıb. Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı keçirilən sərginin açılış mərasimində kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək bildirib ki, “WorldFood Azerbaijan-2012, eləcə də “AgriHort-Azərbaycan-2012” və 2-ci Xəzər beynəlxalq Plastik Kütlələr və Kauçuk (Plastexs Caspian-2012) sərgisi çox uğurla keçəcək. Onun sözlərinə görə, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz gündən-günə çiçəklənir: “Həm yerli, həm də xarici istehsal Azərbaycanın idxal-ixrac potensialının artırılmasına öz müsbət təsirini göstərir. Prezident İlham Əliyev hökumət qarşısında məsələ qoyub ki, qarşıdakı 10 ildə mövcud daxili istehsal iki dəfə artırılmalıdır. Bu artım əsasən qeyri-neft sektorunun hesabına olmalıdır. Qeyri-neft sektorundan da əsas sahə kimi kənd təsərrüfatı və qida sənayesini nəzərdə tutsaq, düşünürəm ki, bizim qarşıda görəcəyimiz çox işlər var. Belə sərgilərin həyata keçirilməsinin də bu sahə ilə bağlı görülən işlərə müsbət təsiri olacaq. Əminəm ki, bu sərgi həm daxili, həm də xaricdən gələn istehsalçılar üçün çox əlverişli şərait yaradacaq. Ümumilikdə götürsək, bu işlər həm milli, həm regional, həm də qlobal səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək”. Sənaye və Energetika Nazirliyi aparatının rəhbəri Rasim Məmmədov bildirib ki, Azərbaycanda böyük neft-kimya kompleksi yaradılıb və ənənəvi olaraq bunun inkişafı daim olub. Onun sözlərinə görə, son dövrlərdə yeni “Azərkimya” İstehsalat Birliyinin yaranması ilə əlaqədar ölkəmizdə neft-kimya məhsulları istehsalı 3 dəfə artırılıb: “Bu da plastik kütələlər üçün böyük xammal bazasıdır. 1995-ci ildə plastik kütlələr və kauçuk istehsal edən müəssisələrin sayı 9 idisə, 2010-cu ilin yekununa görə bu say 60-dan yuxarıdır. Vaxtilə 9 milyon manatlıq məhsul istehsal olunurdusa, hazırda 70 milyondan artıqdır. Hesab edrəm ki, bu sahədə olan inkişaf nəticəsində istehsal müəssisələrinin, eləcə də məhsulların sayı artacaq”. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Adil Məmmədov sərgiyə 24 ölkənin qatıldığını deyib. Onun fikrincə, sərgidə 200-ə yaxın yerli istehsalçı iştirak edir və bu sahibkarların Azərbaycan məhsullarını nümayiş etdirməsi ölkəmizdə qeyri-neft sektorunun sürətlə inkişaf etməsini göstərir: “Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan məhsulları nəinki belə sərgilərdə, hətta xarici tədbirlərdə nümayiş etdirilə bilər”. Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının katibi Məmmədəli Əfəndiyev bildirib ki, son illər qeyri-neft sektoru yüksək artım tempi ilə inkişaf edir. Onun sözlərinə görə, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin diqqəti sayəsində mümkün olub: “Sahibkarlarımız bu qayğıya layiqi ilə cavab verərək, ümumdaxili məhsulun 80 faizindən yuxarı özəl sektorda istehsalına nail olublar”. Britaniyanın “ITE Group” şirkətinin Xəzər üzrə regional direktoru Edvard Stroon qida sənayesinin çox geniş bir sektoru əhatə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu təkcə qida və qida məhsulları deyil, eyni zamanda emal, emal üsulları, avadanlıqlar və çeşidlər barədə bir sənayedir: “Bildirim ki, sərgidə 24 ölkədən 120-ə qədər şirkət öz məhsullarını təqdim edir. İlk dəfə olaraq, bu sərgidə öz milli qrupu ilə Serbiya və Əfqanıstan iştirak edir”. Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək. BƏXTİYAR



 


Bu yazı ( 47 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar