12px14px16px18px

Bəyan olunmayan valyuta aşkar edilib

00:30 / 15.05.2012
Aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi yerli və əcnəbi vətəndaşlar tərəfindən xeyli məbləğdə valyuta sərvətlərinin gömrük orqanına bəyan olunmadan respublikadan aparılması cəhdlərinin qarşısını alıb. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan, Türkiyə, Rusiya vətəndaşlarından ümumilikdə 31400 ABŞ dolları və 3500 avro bəyan edilməyən valyuta aşkar edilib. Bütün faktlarla bağlı təhqiqat aparılır. BƏXTİYAR


Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar