12px14px16px18px

“Qarant Sığorta” ilin ilk rübü ilə bağlı hesabat verib

00:27 / 15.05.2012
Dünən Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Qarant Sığorta” bu ilin ilk rübü ilə bağlı mətbuat konfransı keçirib. Şirkətin İdarə Heyətinin sədri Fuad Allahverdiyev bildirib ki, bu ilin ilk rübündə sığorta yığımları üzrə göstərici 1761192,69 manat təşkil edib. Onun sözlərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur: “Qarant Sığort” ən çox avtomobillərin könüllü sığortası, əmlak və digər sığorta növləri üzrə yığım əldə edilib. Şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi isə 357963,22 manat olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artıb”. F.Allahverdiyev bu ilin ilk rübünün şirkət üçün uğurlu olduğunu diqqətə çatdırıb: “Biz Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkəti olsaq da, artıq bazarda aparıcı mövqelərdən birini tuturuq. Çox şadam ki, müştərilərimizin etibarını qazanmışıq və 2012-ci ilin yekun hesabatında “Qarant Sığorta” lider şirkətlərdən biri olacağına ümid edirəm. Şirkət rəhbəri ilkin rübdə korporativ sosial məsuliyyət layihələri həyata keçirməyə davam edən şirkət kimi AİESEC-ın təşkilatçılığı ilə universitet tələbələrinə “İdarəetmədə liderlik və hakimiyyət” və “Müsahibə aparmaq sənəti” mövzularında treninqlər keçirildiyini qeyd edib: “İrəli” təşkilatı ilə ötən il başlanan “Sığorta Akademiyası” layihəsi çərçivəsində İrəli Gənclik Mərkəzində layihə iştirakçıları ilə görüş olub. Həmçinin sığortanın praktiki tərəflərinə dair layihə iştirakçılarına şirkətdə təlim keçirilib”. BƏXTİYAR


Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar