12px14px16px18px

Kür sahilində bərpaedilən evlərin telefonlaşdırılması başa çatıb

12:19 / 12.05.2012
Kür çayının məcrasından çıxması nəticəsində yaşayış yerlərini tərk edən Sabirabad sakinlərinin evlərinin bərpa olunması ilə əlaqədar "Aztelekom" İstehsalat Birliyinin dəstəyi ilə bölgədə mənzillərin telefonlaşdırılması işləri tam başa çatıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) verilən məlumata görə, rayonun Qaragünə, Minbaşı, Mürsəlli, Ulacalı, Qasımbəyli kənd elektron ATS (EATS) abunəçilərinin telefonları tam bərpa olunaraq abunəçilərin istifadəsinə verilib.
Qasımbəyli kəndində EATS binası yararsız hala düşdüyündən konteyner tipli tikilidə 160 nömrə tutumlu EATS qurulub. Bu günədək 48 abunəçinin telefonu bərpa edilib, digər abunəçilərin telefonlarının bərpası işləri aparılır. Bu kəndin EATS-dən Muradbəyli və Axtaçı kəndləri sakinlərinə də telefon çəkilir.
Bundan başqa, "Aztelekom"un qərarına əsasən, fəlakət zamanı evləri yararsız hala düşən Saatlı rayonu Novruzlu kəndinin sakinləri üçün salınan yeni Novruzlu qəsəbəsində qurulan 128 nömrə tutumlu EATS-ə xidmət etmək Sabirabad TKQ-yə həvalə olunub. Hazırda qəsəbədə abunəçilərin mənzilləri telefonlaşdırılır. Yaxın vaxtlarda abunəçilərin yüksəksürətli internet xidmətlərindən istifadə etməsinə şərait yaranıb.
Rayon əhalisinin genişzolaqlı internetə olan tələbatını ödəmək üçün şərait yaradılıb, digər provayderlərlə birlikdə 1025 tutuma malik genişzolaqlı internet avadanlığı quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.
Kənd abunəçilərinin internetə olan tələbatını nəzərə alaraq, qovşağın Qalağayın, yeni Novruzlu, Qaratəpə, Əhmədabad, Xəlfəli, Şəhriyar EATS-lərinin fiber-optik kabel xəttinin üzərindən işləməsi təmin olunub, Əhmədabad EATS-də 48 porta, Qalağayın EATS-də 48 porta malik genişzolaqlı internet avadanlığı qurularaq sakinlərin istifadəsinə verilib. Digər stansiyalarda da uyğun tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Qeyd edək ki, hazırda Sabirabad üzrə telefon abunəçilərinin sayı 7 min nəfər təşkil edir və 700 nəfərdən çox abunəçi genişzolaqlı internetdən istifadə edir.




Bu yazı ( 131 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar