12px14px16px18px

Apreldə "Azərsu"nun "Qaynar Xətt"inə 343 müraciət daxil olub

12:19 / 12.05.2012
Aprel ayında “Azərsu" ASC-nin 955 saylı "Qaynar Xətt"inə abunəçilər tərəfindən 343 müraciət daxil olub və zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilib. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlərin təqribən 58,3 faizi və ya 200-ü su xətlərindəki qəza ilə bağlı olub. Ötən ay “Azərsu" ASC-nin “Qaynar Xətt"inə suyun verilməməsi ilə əlaqədar 93, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 50 zəng olunub. Apreldə suyun tərkibi ilə bağlı abunəçilər tərəfindən müraciət daxil olmayıb. Müraciətlərin sayı mart ayı ilə müqayisədə 126 zəng və ya 26,8 faiz azalıb.
Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğac problemləri və ödənişlərlə bağlı "Qaynar Xətt"ə edilən müraciətlər yerli Sukanal idarə və departamentlərinə yönləndirilir.
“Azərsu" ASC-nin "Qaynar Xətt"inə edilən 343 müraciətin hamısı Səhmdar Cəmiyyətin müvafiq bölmələri tərəfindən araşdırılıb və problemlər öz həllini tapıb.



Bu yazı ( 126 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar