12px14px16px18px

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qaydalar təsdiq edib

12:18 / 12.05.2012  
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə "Qiymətli kağızlar ilə bağlanılan əqdlər haqqında hesabatların təqdim edilməsi Qaydaları" təsdiq olunub və Azərbaycan Respublikasının hüquqi aktların dövlət reyestrində daxil edilib. Komitənin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, yeni Qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən QKDK-ya Azərbaycan ərazisində investisiya qiymətli kağızları ilə bağlanılan əqdlər haqqında təqdim edilən hesabatlara dair tələbləri, onların təqdim və tərtib edilmə qaydasını müəyyən edir.
Bu Qaydalar hesabatlıq sisteminin təkmilləşdirilməsi məqsədi ilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanıb və qiymətli kağızlar ilə bağlanılan əqdlərə dair hesabatların sistemləşdirilməsinə, onların elektron formada təqdim edilməsinə, həmçinin QKDK tərəfindən qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin effektivliyinin artırılmasına imkan verir.






Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar