12px14px16px18px

Yanvar-aprel aylarında DSMF-nin gəlirləri 799,2 milyon manat təşkil edib

01:16 / 09.05.2012
Yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 799,2 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 185,6 mln. manat və ya 30,2 faiz çoxdur. DSMF-dən verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 12,5 faiz və ya 45,2 mln. manat artaraq 407,2 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 60,0 faizi və ya 224,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 13,7 faiz və ya 29,4 mln. manat artıb, proqnoz isə 105,5 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 13,6 faiz artıb. 2012-ci ilin yanvar-aprel aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 162,8 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7 faiz və ya 15,8 mln. manat artıb, proqnoz 92,8 faiz icra olunub. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 1,8 mln. manat təşkil edib. Dövlət büdcəsindən proqnozla nəzərdə tutulmuş transfert 390,3 mln. manat məbləğində Fondun xəzinə hesabına köçürülüb. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Yanvar-aprel aylarında DSMF-nin xərcləri 781,3 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 769,0 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 179,8 mln. manat və ya 30,5 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 31,4 faiz və ya 179,7 mln. manat artaraq 751,8 mln. manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Eləcə də bu dövr ərzində əhaliyə 17,2 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 31,2 faizi hamiləliyə və doğuma görə, 28,1 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,4 faizi dəfn üçün, 22,3 faizi isə digər müavinətlərin payına düşür. DSMF-nin digər xərcləri 12,3 mln. manat (o cümlədən Fondun aparatının və yerli orqanlarının saxlanılmasına 4,8 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 3 mln. manat, Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 4,3 mln. manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinə 38,9 min manat, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərə 79,9 min manat) təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,15 mln. manat və ya 1,2 faiz çoxdur. Toplanmış məcburi dövlət sosial sığorta haqlarının 76,1 faizi Fondun departamentlərinin payına düşür. Qeyri-büdcə təşkilatları üzrə proqnoz Fondun departamentləri tərəfindən ümumilikdə 106,7 faiz icra olunub və proqnozla nəzərdə tutulduğuna nisbətən 14 mln. manat çox məcburi dövlət sosial sığorta haqqının daxil olması təmin edilib. Şəhər və rayon şöbələri tərəfindən qeyri-büdcə təşkilatları üzrə proqnoza 95,2 faiz əməl edilib. Ümumilikdə, DSMF üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,02 faiz, o cümlədən qeyri-büdcə təşkilatları üzrə 105,53 faiz, büdcə təşkilatları üzrə isə 92,75 faiz icra olunub. BƏXTİYAR


Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar