12px14px16px18px

4 ay ərzində 8 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilib

11:30 / 08.05.2012 Aprel ayında ölkə enerji sistemində 1,6 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. “Azərenerji”dən verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,3 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ötən ay ərzində Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Qeyd edək ki, bu ilin ötən 4 ayı ərzində ümumilikdə 8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. O cümlədən, İES-lərdə 7,2 milyard kilovatsaata yaxın, SES-lərdə isə 0,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunub.
BƏXTİYAR



Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar