12px14px16px18px

Apreldə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşıb

12:23 / 05.05.2012
Aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,6 faiz, göyərtilərin 11,9 faiz, xiyarın 13,3 faiz, baş soğanın 1,1 faiz, göy soğanın 3,4 faiz, kartofun 5,9 faiz, quru otun istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşıb. Kələmin istehsalçı qiymətləri 2,8 faiz, pomidorun 0,6 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,7 faiz, limonun 3,7 faiz, fındığın 1,8 faiz, şabalıdın 3 faiz, qozun istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 0,9 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,5 faiz və 0,1 faiz, inək və camış südünün 0,2 faiz, yumurtanın 11,5 faiz, təbii balın istehsalçı qiymətləri 2,1 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 1 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,3 faiz bahalaşıb.
Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 12,6 faiz, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 0,5 faiz ucuzlaşma müşahidə olunub.




Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar