12px14px16px18px

11,2 kilometrlik yeni magistral su xəttinin inşası yekunlaşıb

12:23 / 05.05.2012
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakıətrafı yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöəsindən verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsindən Maştağa qəsəbəsinədək çəkilmiş ümumi uzunluğu 11,2 kilometr olan yeni magistral su xəttinin inşası yekunlaşıb və hazırda son tamamlama işləri aparılır. Layihəyə əsasən 5,6 kilometr uzunluğunda, 500 mm diametrli polietilen borularla magistral və buna paralel olaraq eyni uzunluqda 280 mm diametrli polietilen borularla köməkçi su xətti də çəkilərək şəbəkələrə birləşdirilib. Su xətlərinin təmizlənməsi məqsədi ilə yuyulma və xlorlama işləri aparılıb.
Artıq magistral xəttin bir hissəsi istismara verilb və Sabunçu dairəsindən Zabrat qəsəbəsinədək olan ərazilərdəki abunəçilərə içməli su bu mənbədən verilir. İşlər tam başa çatdıqdan sonra Sabunçu, Balaxanı, I və II Zabrat qəsəbələrinə də içməli su yeni çəkilmiş xətlər vasitəsilə veriləcək. Bununla da həmin ərazilərdə 17 min abunəçinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
Qeyd edək ki, indiyədək istismarda olan 500 mm diametrli çuqun xətt köhnəldiyindən istismar tələblərinə cavab vermirdi və içməli su təchizatında tez-tez problemlər yaranırdı. Yeni kəmər tam istismara verildikdən sonra köhnə su xətti ləğv ediləcək.




Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar