12px14px16px18px

Ötən ay 2835 vergi pozuntusu faktı aşkarlanıb

12:23 / 05.05.2012
Aprel ayında əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkarlanması, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2835 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Verigilər Nazirliyindən verilən məlumata görə, 1419 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 302 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 109 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 547 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən olunub.
Operativ nəzarət tədbirləri zamanı 255 vergi ödəyicisi tərəfindən 422 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 147 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 26 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 170 ədəd mal olduğu aşkarlanıb.
Qeyd olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər həyata keçirilib.




Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar