12px14px16px18px

Yararsız mallar satışdan çıxarılaraq məhv edilib

12:22 / 05.05.2012
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Sabunçu, Xətai, Suraxanı rayonlarında, eləcə də, Abşeronda, Sumqayıt, Qax, Göranboy şəhərlərində, Sabirabadda, Qubada, Ağdam və Biləsuvar rayonlarında bir sıra mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib. Dövlət Xidmətindən verilən məlumata görə, ümumilikdə, monitorinqlər zamanı 500 kq-dan artıq ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.




Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar