12px14px16px18px

Erməni yağları Azərbaycana necə gəlir?

12:22 / 05.05.2012
Hər bir ölkənin milli təhlükəsizlyinin əsas təminatlarından biri həmin ölkəyə daxil olan qida məhsullarının standartlara uyğun olmasıdır. Pia.az-ın məlumatına görə, bu məsələ ilə ilə bağlı 2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqrammı” təsdiq edilmiş və bu Proqram çərçivəsində bir sıra işlər görülüb. Lakin Azərbaycanda qida sektorunda çatışmazlıqlar özünü göstərir. Qeyd edək ki, bizim apardığımız ilk araşdırma ölkəmizə daxil olan bitki yağlarını əhatə edib. Elə ilk araşdırmamızda acınacaqlı vəziyyətlə üzləşdik.
Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul etməlidir. Üstəlik, qəbul etdiyimiz yağın tərkibinin keyfiyyətli olması da orqanizm üçün çox vacibdir. Ancaq keyfiyyətsiz və tərkibi zərərli maddələrlə “zəngin” yağlar orqanizmdə bir sıra problemlərin yaranmasına səbəb olur.
Bu gün Azərbaycana xaricdən idxal olunan, xüsusilə də Rusiya və Ukraynadan gətirilən yağların keyfiyyəti heç də dünya standartlarına uyğun gəlmir. Təsadüfi deyil ki, həmin yağların Avropa bazarlarında satışına birmənalı qadağa qoyulub.
Ölkəmizə Rusiyadan idxal olunan “Avedov”, “Zlato”, “Premium Zolotoe Semeçka”, “Yantar”, həmçinin Ukaynada istehsal olunan “Olenya” yağları olub. Maraqlıdır ki, “Avedov” və “Zlato” yağlarının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Azərbaycanda satışına qadağa qoyulub. İdarənin 26 yanvar 2010-cu ildə mətbuata verdiyi açıqlamada bildirilir ki, “Marko” MMC idxal etdiyi “Zlato” günəbaxan yağı, “Avedov” günəbaxan yağı məhsullarında AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərini tətbiq etməyib, müəssisə sertifikatlaşdırmadan yayınıb və məhsulların markalanması qanunvericiliyə uyğun aparılmayıb. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisə rəhbərliyinə iradnamə, satışın qadağan edilməsi barədə tələbnamələr verilib və inzibati protokol tərtib olunaraq 4 min manat cərimə tətbiq edilib. Buna baxmayraq bu gün Bakının bütün marketlərində bu yağların satışı davam etdirilir. Qeyri rəsmi mənbələrdən əldə etdiymiz məlumatlara görə isə Azərbaycanda satışa çıxarılan “Avedov”, “Zlato”, “Premium Zolotoe”, “Yantar”, “Olenya” yağlarının sertifikatı ya yoxdur, ya da bu sertifikatlar saxtadır.
Avropa Birliyi ölkələrində adları çəkilən yağlarının satışına qadağa qoyulub. Qadağanın əsas səbəbi bu yağların standartlara cavab verməməsidir. Avropa laboratoriyalarında aparılan analizlər zamanı belə məlum olub ki, bu yağlar ekoloji təhlükəli yağlardır və insan sağlamlığına ciddi ziyan vurur. Bu yağların tərkibində neft məhsulları aşkarlanmaqla yanaşı, yağlarda radiasiya normadan dəfələrlə çoxdur.
Bu yağların əsas satış bazarından biri isə məhz Ermənistandır. Lakin Ermənistana bu yağların idxalını Rusiyadakı erməni diasporu həyata keçirir.
Aparılan araşdırmalar zamanı məlum olub ki, üzdəndə “Avedov”, “Zlato”, “Premium Zolotoe Semeçka”, “Yantar”, “Olenya” yağlarının istehsalını təşkil edən şirkətlərinin əsas sərmayə payının erməni iş adamlarının əlində olmasıdır. 1980-ci illərdən başlayaraq Beynəlxalq Erməni Diasporu davamlı olaraq Rusiyada qida sektoruna sərmayə yatırımı qoyub. Bu sərmayələrin içində isə ermənilərin daha çox məskunlaşdığı Krasnodar, Stavropol diyarlarında və Rostov vilayətində istehsal olunan “Avedov”, “Zlato”, “Premium Zolotoe Semeçka”, “Yantar” yağları öndə gəlir. “Olenya” yağına gəlincə isə 2001-cü ildən başlayaraq ermənilər Dnepropetrovsk vilayətində bu yağın istehsalı ilə məşğuldurlar. Bu şirkətlərin rəhbər strukturlarında başqa millətlərin nümayəndələri olsa da, şirkətlərin səhmləri tam olaraq Erməni Diasporunun nəzarəti altındadır.
Qeyd edək ki, bir il əvvəl on minlərlə türkün qatili, Naxçıvanda və Zəngəzurda onlarla kəndin əhalisini uşaqlı böyüklü qətl edən tayqulaq Andranikin Soçi şəhərinin Lazerevski rayonunun Volkonka kəndində abidəsinin qoyulması üçün vəsaiti “Avedov” şirkəti ayırıb.




Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar