12px14px16px18px

“Heydər zirvəsi”nə yürüş edənlər giriş haqqından azad edilib

01:25 / 03.05.2012
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə mayın 4-11-də kütləvi yürüşlərin təşkil olunmasına dair müxtəlif təşkilatlardan müraciətlər daxil olub. ETSN-nin mətubat xidmətindən verilən məlumata görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından daxil olan məktubda 241 nəfərin, Azərbaycan Respublikası Alpinizm Federasiyasından isə müxtəlif vaxtlarda daxil olan 3 məktubda ümumilikdə 75 nəfərin yürüş edəcəyi bildirilib. Müraciət edən şəxslərə Milli Parkın ərazisinə giriş üçün icazə verilib.
Nazirliyin aidiyyəti qurumları tərəfindən kütləvi yürüşlərin yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xınalıq kəndi ərazisindən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut Şahdağ Milli Parkı tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib.
Bununla bağlı Nazirliyin əmrinə əsasən mayın 4-11-də ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə yürüş edən iştirakçılar birdəfəlik giriş haqqından azad edilib.
BƏXTİYAR



Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar