12px14px16px18px

AVRONEST PA-nın həmprezidentləri Elxan Süleymanova məktub göndəriblər

11:50 / 02.05.2012
AVRONEST Parlament Assambleyasının (PA) həmprezidentləri Kristian Vigenin və Boris Tarasyuk Avronest PA-nın vitse-prezidenti, Azərbaycan Nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanova məktub ünvanlayıblar. Məktubda deyilir: "Hörmətli cənab Süleymanov, Azərbaycandan qayıtdıqdan sonra biz Bakıda 2-4 aprel 2012-ci ildə Milli Məclis binasında Avronest PA-nın ikinci plenar sessiyasının təşkilinə dəyərli dəstəyinizə və töhfənizə görə Sizə səmimi minnətdarlığımızı bildirmək istərdik. Avropa Parlamentinin fəaliyyət məkanlarından kənarda keçirilən ilk sessiya olduğunu nəzərə alsaq, sessiyanın çox uğurlu və səmərəli olması fikrini Sizinlə bölüşmək istərdik. Bir neçə üzv və iştirakçı institutlar Parlamentinizin səmərəli təşkilatçılığı və iştirakçılara təklif edilmiş mükəmməl iş şəraitinə görə bizi təbrik etdilər və biz indi bu ismarıcları Sizə çatdırmağa şadıq.
Siz yalnız sessiyamızın keçirilməsi üçün məkan seçiminə qərarı asanlaşdırmadınız, həm də hər iştirakçıların özünü rahat hiss etməsi üçün həmin tədbirlə əlaqədar bütün təfərrüatlarla şəxsən məşğul oldunuz. Milli Məclisin xidmətləri vasitəsilə bütün iştirakçıların burada olduqları müddətdə nəqliyyatdan təhlükəsizliyə kimi ən yaxşı və təhlükəsiz logistika şərtlərini təmin etdiyinizə görə təşəkkür edirik.
Eyni zamanda, rəsmi naharlarda, mədəni tədbir və proqramlarda iştirak imkanını yüksək qiymətləndiririk. Belə ki, onlar həm bizə ölkənizin ənənələrinin zənginliyini daha yaxşı anlamağa imkan verdi, həm də müxtəlif nümayəndə heyətlərinin üzvləri arasında AVRONEST-in gələcək iş mühitinə faydalı olan qarşılıqlı anlaşma və etibarın artmasına kömək etdi.
İşimizin nəticəsi kimi 3 aprel 2012-ci ildə AVRONEST PA-nın artıq haqqında məlumatınızın olduğu beş qətnamə qəbul etməsini xatırlatmaqdan məmnunuq. Əmin olun ki, bu sənədləri mətnləri ilə birgə Avropa Parlamentinin prezidentinə, Şuraya, Komissiyaya, Komissiyanın vitse-prezidentinə, Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Birliyinin Ali Nümayəndəsinə, Avropa Xarici Fəaliyyət Xidmətinə, Aİ-yə Üzv Dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə və parlamentlərinə çatdıracağıq.
Fürsətdən istifadə edərək, bir daha sizə səmimi təşəkkür edir və gələcəkdə Milli Məclislə çoxtərəfli əməkdaşlığı davam etdirməyi gözləyirik".
BƏXTİYAR




Bu yazı ( 51 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar