12px14px16px18px

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə tədbirləri keçirilir

00:42 / 01.05.2012
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən ölkənin regionlarında daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə tədbirlərinə başlanılıb. Dövlət Sığorta Nəzarəti Xidmətindən verilən məlumata görə, bu məqsədlə xidmətin əməkdaşları Tovuz, Qazax, Şəmkir və Gədəbəy rayonlarına ezam olunub. Bu rayonlarda müxtəlif təşkilatların, həmçinin əhalinin ayrı-ayrı sosial təbəqələrindən olan nümayəndələri ilə keçirilən maarifləndirmə tədbirlərində daşınmaz əmlakın icbari sığortasının mahiyyəti və əhəmiyyəti barədə ətraflı məruzələr edilib. Tədbirlərin sonunda iştirakçılara sığorta ilə bağlı ədəbiyyat da təqdim edilib.
Qeyd edək ki, maarifləndirmə tədbirlərinin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.
BƏXTİYAR






Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar