12px14px16px18px

Maliyyə Nazirliyinin əməkdaşları ixtisasartırma kurslarına cəlb edilir

00:36 / 01.05.2012
Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Elm-Tədris Mərkəzində nazirliyin yerli bölmələrinin, regional orqanlarının rəhbərlərinin müavinləri, xəzinə əməliyyatları sektorunun müdirləri üçün “Dövlət büdcəsinin xəzinədarlıq vasitəsilə icrası” mövzusunda növbəti ixtisasartırma kursu təşkil edilib. Nazirlikdən verilən məlumata görə, tədrisdə dinləyicilər qarşısında “Xəzinədarlığın informasiya idarəetmə sisteminin mahiyyəti”, “Xəzinədarlıq sahəsində tətbiq edilən yeniliklərin işləmə Prinsipi”, “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində müqavilələrin işlənilməsi və təsdiqi”, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi”, “Dövlət büdcəsinə dair qəbul edilən normativ hüquqi aktlar və onların tətbiqi məsələləri”, “Milli Mühasibat Uçotu Standartları” və digər mövzularda mühazirələr oxunub.
Tədrisin yekununda kompüter proqramı vasitəsi ilə keçirilən test imtahanında dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi yoxlanılıb. Tədrisi müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq şəhadətnamə verilib.
BƏXTİYAR



Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar