12px14px16px18px

DSMF 12297 nəfər əcnəbini qeydiyyata alıb

06:00 / 28.04.2012
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12 297 nəfər təşkil edir. DSMF-dən verilən məlumata görə, bu rəqəm 2012-ci il 1 aprelinə qədər olan statistikaya əsaslanır. 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçiriən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.
Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən coxdur. Belə ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 7149 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1483 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 653 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (412), Hindistan (279), Çin Xalq Respublikası (251), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (152), Özbəkistan (148), Bosniya və Hersoqovina (128), Pakistan İslam Respublikası (107), Almaniya (101) , Ukrayna (100), Filippin (99), Türkmənistan (83), Malayziya (80), İtaliya (73), Qazaxıstan (71), ABŞ (67) və s. ölkələr gəlir.



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar