12px14px16px18px

ARDNŞ-də Yaponiyanın JGC korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

06:00 / 28.04.2012
ARDNŞ-in Baş ofisində şirkətin emal üzrə vitse-prezidenti David Məmmədov və strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Yaponiyanın JGC korporasiyasının fəxri sədri Y. Shigehisanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. D. Məmmədov qonaqlara Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Yaponiya ilə əməkdaşlıq sahələri arasında enerji, neft-qaz hasilatı istiqamətlərinin xüsusi yer tutduğunu qeyd edən şirkət rəsmisi bildirib ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə müxtəlif neft-qaz əməliyyatlarında dost ölkənin şirkətləri fəal iştirak edirlər.
T. Qəhrəmanov isə Azərbaycanda inşası planlaşdırılan yeni neft-qaz emalı və neft-kimya kompleksi layihəsi barədə məlumat verib, aprelin 10-12-də keçirilən forum haqında danışıb.
JGC korporasiyasının fəxri sədri Y. Shigehisa səmimi qəbul üçün minnətdarlığını bildirib, rəhbərlik etdiyi korporasiyanın layihələndirici, mühəndis və podratçı şirkət kimi fəaliyyətindən danışıb. O təmsil etdiyi korporasiyanın ARDNŞ-nin həyata keçirdiyi müxtəlif layihələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib.
Görüşdə qonaqlara ARDNŞ təmsilçiləri ölkə daxilində və xaricdə aparılan investisiya layihələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, Yaponiya şirkətləri ilə ARDNŞ arasında yaranmış səmərəli əməkdaşlıq münasibətləri bundan sonra da davam edəcək.





Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar