12px14px16px18px

“Azərenerji” tərəfindən reydlər aparılır

12:07 / 27.04.2012
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, görülən işlər öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Şabran elektrik şəbəkəsi (EŞ) bu ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 14 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 59,7 min kilovatsaatdan artıq itirilən elektrik enerjisinin 3,6 manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında bu məbləğin 65 faizdən artıq hissəsinin ödənişi təmin olunub. Qeyd edək ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə 34 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilə qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 77,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,7 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin məbləğin 51 faizdən artıq hissəsinin ödənişi təmin olunub və qalan qisminin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Siyəzən EŞ-in bu ilin mart ayında keçirilən reydlər zamanı 7 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 14,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Bu ilin I rübü ərzində müəssisə üzrə 36 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 146,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 8,7 min manatdan artıq istehlak dəyəri bərpa olunub.
BƏXTİYAR



Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar