12px14px16px18px

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kənd Təsərrüfatı Nazirliyində olub

12:07 / 27.04.2012
Dünən kənd təsərrüfatı naziri İsmət Abasov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. KTN-dən verilən məlumata görə, görüşün məqsədi Avropa İttifaqının Azərbaycanda “Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Büdcə Dəstəyi Proqramı”nın icrasının müzakirəsi olub. Nazir İ.Abasov Azərbaycanın Avropaya inteqrasiyası yolunda çox ciddi addımlar atıldığını və Avropa İttifaqının iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində həmişə öz dəstəyinin göstərdiyini nəzərə çatdırıb. O, qonaqlara ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib: “Ölkəmizdə ümumi daxili məhsulun iki dəfə artırılması qarşımıza məqsəd kimi qoyulub. Bu da əsasən qeyri-neft sektorunun payına düşür və bunun üçün kompleks işlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsinə artıq start verilib. Aqrar sahənin inkişafına dəstək məqsədilə beynəlxalq maliyyə qurumlarının köməyinə ehtiyac duyulur. O cümlədən Avropa İttifaqı tərəfindən tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir”. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir R. Kobia proqramın qısa zamanda həyata keçirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
BƏXTİYAR



Bu yazı ( 63 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar