12px14px16px18px

Dövlət orqanları mobil telefon bazarında monitorinqlərə başlayıb

00:16 / 10.03.2012
Dövlət strukturları ölkənin mobil cihazlar bazarında mövcud qanunvericiliyin təmin olunması məqsədilə monitorinq keçirir. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, dövlət strukturlarının birgə səylərinin məqsədi daxili bazarda saxta mobil telefonların və qeyri-leqal idxal olunan mobil cihazların satışının qarşısını almaqdır. ”Hazırda dövlət strukturları mobil cihazların satışı ilə məşğul olan ticarət obyektlərinin monitorinqini həyata keçirirlər”. İKT İnformasiya Mərkəzin direktoru Fərid Kazımovun bildirib ki, daxili bazarda məşhur ticarət markalarının adı altında istehsal olunan saxta mobil telefonların satışı faktları var. Onun sözlərinə görə, istehlakçıların hüquqlarının qorunması və qanunvericiliyin təmin olunması naminə bu saxta mobil telefonların satışı dayandırılmalı, günahkarlar isə məsuliyyətə cəlb edilməlidirlər: “Bununla yanaşı, dövlət strukturları tərəfindən daxili bazarda uyğunluq sertifikatı olmayan mobil cihazların üzə çıxarılması üzrə monitorinqi də davam etdirilir”. F.Kazımovun fikrincə görə, bu tədbirlər Azərbaycanda sivil mobil cihaz bazarının formalaşması istiqamətində nöbvəti addımdır: “Azərbaycanın mobil cihaz seqmentinin şəffaflaşdırılması və onun Avropa ölkələri səviyyəsinə çatdırılması istiqamətində son illər zəruri addımlar atılıb. Keçən ilin sonunda Nazirlər Kabineti tərəfindən “Mobil cihazların qeydiyyatının aparılması Qaydası””nın təsdiq edilməsi, mobil cihazların qeydiyyat sisteminin tətbiqi istiqamətində görülən işlər bu prosesi daha da tezləşdirib. Hesab edirəm ki, birbaşa olaraq daxili istehlakçının müdafiəsini gücləndirmək istiqamətində həyata keçirilən bu fəaliyyətlər az bir zamanda öz real bəhrəsini verəcək”.
BƏXTİYAR


Bu yazı ( 198 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar