12px14px16px18px

Azərbaycan Sahibkarlar Konfederasiyası konsaltinq şirkəti yaradır

00:15 / 10.03.2012
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) ötən ilki fəaliyyəti, eləcə də 2012-ci ildəki fəaliyyət planları qurumun Rəyasət Heyətinin son iclasında müzakirə olunub. ASK-dan “APA”ya verilən məlumata görə, 2011-ci ildə Konfederasiyanın sahibkarlar, dövlət orqanları, yerli qurumlarla birgə işi, Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirib, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin komissiyaları və təşkilatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da gücləndirib. Qeyd olunub ki, 2011-ci ildə Konfederasiya tərəfindən regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin artırılmasına xüsusi diqqət yetirilib. İclasda ASK-nın 2012-ci il üzrə strateji planı, eləcə də qurumun müvafiq qurumları və bu il həyata keçiriləcək layihələr müzakirə edilib. Bura ASK-nın Almaniyanın “Bildunqswerk Der Wirtshaft Meklenburq-Vorpominern e v” təşkilatı ilə həyata keçirdiyi “Sosial Dialoq Sahəsində Əməkdaşlıq” layihəsi və s. aiddir. İclasda “ASK Biznes Konsaltinq” MMC-nin təsis edilməsi məsələsi də müzakirə edilib.


Bu yazı ( 188 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar