12px14px16px18px

Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb

00:13 / 10.03.2012
2012-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2,6 milyard manat məbləğində istehlak malları satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. İstehlak mallarının 337,4 milyon manatı hüquqi şəxslərin, 1,2 milyard manatı hüquqi şəxs olmayan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 1,1 milyard manatı isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 59,9 faizi ərzaq məhsullarının, 40,1 faizi qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Bundan əlavə 2012-ci ilin yanvar ayında ölkənin dövlət və qeyri-dövlət təşkilatları, eləcə də ayrı-ayrı fiziki şəxsləri 94 xarici dövlətlə 2506,5 milyon ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb. Əmtəə mübadiləsinin 252,3 milyon dolları MDB üzvü dövlətləri, 2254,2 milyon dolları digər ölkələrlə həyata keçirilib. Xarici ticarət dövriyyəsinin 1848,8 milyon dollarını Azərbaycandan ixrac olunmuş mallar, 657,7 milyon dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 1191,1 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Qeyd edəki, xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,3 faizi) İtaliya, Fransa, Almaniya, Rusiya Federasiyası, Bolqarıstan, Türkiyə, İsrail, İndoneziya, Portuqaliya, Ukrayna və Gürcüstan dövlətləri ilə aparılıb.
BƏXTİYAR


Bu yazı ( 170 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar