12px14px16px18px

FHN 910 obyektdə tikintini müvəqqəti dayandırıb

14:04 / 08.03.2012
Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən il Azərbaycanda 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib. “APA”nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatında bildirilir. Hesabatda qeyd olunub ki, ötən il tikintidə təhlükəsizliyə nəzarət sahəsində həyata keçirilən tədbirlər nəticəsində 3300 obyektdə yoxlamalar aparılıb. Onlardan 1207 obyektə qüsurların aradan qaldırılması barədə tapşırıqlar verilib, 910 obyektə isə tikinti işlərini müvəqqəti dayandırması ilə bağlı qərar qəbul edilib. Nəticədə həmin obyektlərin əksəriyyətində qüsurların aradan qaldırılmasına nail olunub.
Görülən tədbirlərə baxmayaraq, tikinti işlərini davam etdirən fiziki və vəzifəli şəxslər barədə 241 protokol tərtib edilib.



Bu yazı ( 132 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar