12px14px16px18px

Quş qripinə görə monitorinqə start verilib

08:24 / 07.03.2012
Quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərdə saxlayan Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin ikinci monitorinqinə martın 5-də start verilib.
Monitorinq KTN yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin əməkdaşlarının birgə iştirakı ilə aparılır. Bu monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilir.
Monitorinqin aparıldığı ərazilərdə köçəri quşların həm də hərəkət və uçuşlarına diqqət yetiriləcək, eləcə də regionlarda ayrı-ayrı quşçuluq, həyətyanı təsərrüfatlarında saxlanılan ev quşlarından nümunələr götürüləcək. Köçəri və ev quşlarından götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ölkə ictimaiyyətinə açıqlanacaq.
Qeyd edək ki, hazırda quş qripi və digər yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir.
BƏXTİYAR





Bu yazı ( 128 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar