12px14px16px18px

Səlim Müslümov İsveçrə və Fransada səfərdə olub

08:23 / 07.03.2012
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi H.H.Konkolevskinin dəvəti ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edib. DSMF-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı ötən il Bakı şəhərində açılan BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin fəaliyyəti, o cümlədən BSTA-nın siyasi dəstəyi ilə Azərbaycanda sosial sığorta-pensiya sahəsi üzrə regional tədqiqat və tədris mərkəzinin yaradılması məsələləri müzakirə olunub.
Daha sonra Azərbaycan nümayəndə heyəti BSTA-nın təşkilatçılığı ilə Fransanın Sent Etyen şəhərində yerləşən sosial müdafiə sahəsinin müxtəlif məsələləri üzrə ixtisaslaşmış Milli Sosial Təminat Məktəbinin işi, tədqiqat və tədris proseslərinin təşkili ilə yaxından tanış olub.
Azərbaycanda sosial sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nəticələrlə bağlı S.Müslümov isveçrəli və fransalı mütəxəssislərin çoxsaylı suallarını cavablandırıb və BSTA-nın mətbuat xidmətinin xahişi ilə Assosiasiyanın “Uğurlu təcrübələr” proqramı çərçivəsində video müsahibə verib.
BƏXTİYAR







Bu yazı ( 122 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar