12px14px16px18px

Sumqayıt sakinlərinə səyyar tibbi yardım göstərilib

08:20 / 07.03.2012
Sumqayıt şəhərində “Səyyar poliklinika” layihəsi çərçivəsində ucqar yaşayış massivlərinin ərazisində yaşayan sakinlərə ixtisaslı tibbi yardım göstərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, USM-diaqnostika, elektrokardioqram və sair tibbi avadanlıqlarla təchiz olunmuş səyyar heyət müayinələr aparıb. Kardioloq, pediatr, cərrah, stomatoloq, oftalmoloq, endokrinoloq, ginekoloq, allerqoloq və digər ixtisas həkimlərdən ibarət heyət “Səyyar poliklinika”nın qeydiyyat bölməsinə müraciət edən 463 nəfər üzərində müayinələr aparıb. Müayinənin nəticələri üzrə məsləhətlər, ambulator müalicəyə göndərişlər verilib, 25 nəfər isə təcili tibbi yardım maşını ilə şəhər stasionarlarına çatdırılıb.
Xatırladaq ki, layihənin həyata keçirilməsində əsas məqsəd xəstəliyi ilkin mərhələdə aşkarlamaq və onu kəskinləşmədən asanlıqla aradan qaldırılmasında yardımçı olmaq, habelə yüksək ixtisaslı tibbi məsləhət yardımını uzaq yaşayış məntəqələrinə yaxınlaşdırmaqdır.
BƏXTİYAR




Bu yazı ( 123 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar