12px14px16px18px

Çayların gursuluğunu müəyyən etmək üçün ekspedisiyaya başlanılıb

07:12 / 06.03.2012
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Çöl Tədqiqat Ekspedisiya Qrupu Azərbaycanda yaz-yay gursulu dövrünün axım proqnozunu hazırlamaq məqsədilə qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işləri həyata keçirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 1-dən Böyük və Kiçik Qafqaz dağlarında ekspedisiya başlayan 20 gün davam edəcək.
Qeyd edək ki, Kiçik Qafqazın Gədəbəy, Göy-göl, Daşkəsən, Böyuk Qafqazın Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Naxçıvan MR-nın çay hövzələrində 28 marşrut üzrə xüsusi proqrama əsasən qarölçmə işləri aparılacaq.
Qarölçmə işlərinin nəticələrinə əsasən yuxarı çay hövzələrində formalaşan qar-su ehtiyatları qiymətləndiriləcək və bundan gursulu dövrun axım proqnozunun tərtibində istifadə olunacaq.
BƏXTİYAR





Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar